Demokratik TV
Xəbər lenti
Bakıda müəllim şagirdi döyüb - VİDEO
- 23 noy 2019, 10:23
Bakının Xətai rayonunda yerləşən 269 saylı orta məktəbdə müəllim şagirdi döyüb.
Bu barədə Azvision.az -a valideynlərdən biri məlumat verib. Bildirilib ki, məktəbin rus bölməsində çalışan rəsm müəllimi İradə Əhmədqızı dərs zamanı şagirdi döyüb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum olmasa da, adıçəkilən müəllimin bir neçə dəfə oxşar hərəkətlərə yol verdiyi deyilir.
"Rəsm kurslarına gedən hansısa şagird yaxşı rəsm çəkirsə, onu döyərək, "bu şəkli başqasına çəkdirmisən, özün çəkə bilməzsən” deyir. Bütün uşaqları bezdirib. Dəfələrlə direktora müraciət etmişik, amma cavab belə olub ki, məktəbin tək rəsm müəllimi odur, işdən çıxara bilmərik”, - deyə valideyn vurğulayıb.
Azvision.az məsələ ilə əlaqədar R.Məmmədov adına 269 nömrəli tam orta məktəblə əlaqə saxlayıb. Məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, müəllimin şagirdə (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qeyri-uyğun davranışı ilə bağlı videogörüntü 2018-2019-cu tədris ilində çəkilib.

"Valideyn bu haqda həmin vaxt məktəb rəhbərliyinə heç bir müraciət etməyib. 22.11.2019-cu il tarixində valideyn məktəbə gələrək videogörüntünü direktora təqdim edib. Direktor dərhal müəllim və valideynlə birgə söhbət aparıb. Məsələ ilə bağlı müəllimin izahatı alınıb. Müəllim izahatında özünü dərs zamanı pis apardığına və lazımsız ifadə işlətdiyinə görə şagirdə istəmədən əl qaldırdığını bildirib. Məktəb direktoru tərəfindən müəllimə xəbərdarlıq edilib", - deyə məlumatda qeyd olunub.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Direktor şagirdi döydü: polis təsdiqlədi, rəisi isə.. – Müəmma
Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdinə qoşulub qaçdı - VİDEO
Direktor sinifləri “arenda”ya verir...
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Qazaxda müəllim məktəbdə ölüb
Ucarda direktor müavini şagirdi və atasını təhqir edib - ŞİKAYƏT
Tural Mirzəliyevin qovduğu daha bir müəllim onu FAŞ etdi
Gədəbəydə direktorla müəllim dalaşdı - KİM DÖYDÜ?
Bakıda direktor müəllimi polisə verdi - NİYƏSİ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti