Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
- 10 noy 2019, 23:00
Tərtər rayon Dəmirçilər kəndinin bir qrup sakinləri tərəfindən "Dünyanınsəsi.Az” saytına şikayət daxil olub. Şikayətçilər yazır:
"Hörmətli redaksiya! Biz, Dəmirçilər kənd sakinləri yay aylarında içməli və kənd təsərrüfatı sahəsini sulamaqdan əziyyət çəkirik. Dəfələrlə bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova və aidiyyəti qurumlara şikayətlər etsək də, səsimiz eşidilmir, şikayətlərimizə baxan yoxdur. Hələ bu qalsın bir yana, kənddə olan on min voltluq elektrik trosfarmatoru suyun içində olduğundan kənd sakini Elmır Rəhimovun bir neçə xırda buynuzlu heyvanlarını vurub öldürüb. Kəndin küçə işıqlandıran elektrik dirəkləri sınaraq yerdə olduğu üçün kənd bir neçə aydır ki, zülmət qaranlığa qərq olub. Bununla bağlı Tərtər rayon Elektrik Şəbəkəsinə də şikayətlər edilsə də deyilənlər idarə rəhbərliyinin vecinə deyil. Mövcud real təhlükə aradan qaldırılmır. Biz kənd sakinlərinin son ümüd yeri mətbuatadır ki, sizə müraciət edərək ümid edirik ki, bəlkə şikayətimiz mətbuat vasitəsilə Cənab prezidentə və yuxarı qurum rəhbərlərinə çatsın. Bəlkə yuxarılarda bunu oxuyalar və dərdlərimizin həllinə göstəriş verilə, problemlərimiz bir az azala. Dərc etdiyiniz üçün sizə əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Hörmətlə: Tərtər rayon Dəmirçilər kəndinin sakinləri” /dunyanınsesi.az/
Demokratik.Az yazıda adıkeçənlərin söz haqqını tanıdığını bəyan edir
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ucarda özbaşına elektrik naqilləri fəsadlar törədir - ŞİKAYƏT
Tərtər sakini 4 nəfərə qarşı dələduzluq edib
Tərtərin suyu qurudu
GORANBOYDA KORRUPSİYA - "Sosial yardım kartlarımız əlimizdən alınıb"
Əhəd Abıyev Daşkəsəndə meşə yanğını olan ucqar əraziyə gedib
Elektrik böhranına və “Gəncə işi” nə görə həbs və xəbərdarlıqlar oldu - SİYAHI
Aslan Aslanov Şəmkirdə dəfn olunub
Goranboyun Todan kəndi İşğal altındadır? NARAZILIQ!
GÖYGÖLDƏ “QIZIN” İKİ ADAXLISI VAR?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti