Xəbər lenti
Bütün xəbərlər

Gorandakı "ZAPRAVKA" tikintisi yenidən başladı - FOTO

  • 28 okt 2019, 09:28

Bakı-Qazax magistral yolunun 312-ci km-liyində, Goranboy (Goran mebel satış mərkəzləri ilə üzbəüz - red) ərazisindən keçən hissəsində yanacaqdoldurma məntəqəsinin tikinti işləri yenidən davam etdirilir.

Demokratik.Az-a verilən məlumata görə, Goranboy rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubova məxsus olduğu deyilən obyektin tikintisi bir müddət öncə FHN-in əməkdaşları tərəfindən dayandırılsa da, dünəndən etibarən işlər yenidən davam etdirilir. Yanacaqdoldurma məntəqəsinin dam örtüyünün nizama salınacağı, yarımçıq qalmış betonlama və s işlərin görüləcəyi aydın görünür.

Tikinti işlərinin FHN tərəfindən uzun müddət dayandırılması və tikilinin hansı səbəbə yenidən vüsət alması sual olaraq qalır.

Yeni bir məlumata görə, sözügedən "zapravka" tikintisi yeni icra başçısının sərəncamı əsasında Goranboyun Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubova tikilir. Iddialara görə, idarə müdiri icra başçısı ilə bu obyektə şərikdir. 

Rauf Teyyubovun sabiq icra başçısı Nizaməddin Quliyevlə də yaxın dost olduğu deyilir.

Adıkeçən dövlət məmurların məqsədli şəkildə qanunla dövlət qulluqçularına qadağan olunan biznes fəaliyyətinə girişməsi, özünə PETROL məntəqəsi tikdirməsi sakinlər tərəfindən qınanılır. Hətta, bir məmurun bu tikintiyə xərclənən küllü miqdarda vəsaiti hansı halal yolla əldə etməsi də hamıda sual doğurur.

Demokratik.Az

 

Oxşar xəbərlər