Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Ermənistanda atışma : 3 ölü, 6 yaralı

Kriminalların at oynatdığı Ermənistanda növbəti dəfə silahlar işə düşüb. Ötən gecə Vanadzor şəhərində silahlı insident qeydə alınıb.

Ermənistanda atışma : 3 ölü, 6 yaralıMiçurin küçəsindəki həyət evlərindən atəş səsləri eşidilib. Həkimlər və hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən güllə yarası almış iki kişinin meyidini aşkarlayıblar. Ölənlərin arasında bundan əvvəl ölüm işinə görə mühakimə edilmiş "Andruşik” ləqəbli kriminal avtoritetin də olduğu bildirilir. Məlumatda deyilir ki, şəhərin tibb mərkəzinə güllə yarası almış 7 nəfər gətirilib. Onlardan biri xəstəxanada keçinib.

Polis kriminal keçmişə malik ev sahibini saxlayıb. Həmçinin digər şübhəlilər də nəzarət altına alınıb. Polis evdən güllə gilizləri tapıb. Hazırda Vanadzorda polis gücləndirilmiş iş rejiminə keçib. Xəstəxanadakı yaralılar və digər yerlər növbəti insidentin qarşısını almaqdan ötrü nəzarətə götürülüb.

Ermənilərin Vanadzor adlandırdığı tarixi Azərbaycan ərazisi olan Böyük Qarakilsə İrəvan və Gümrüdən sonra Ermənistanın üçüncü böyük şəhəridir. Burada 100 mindən artıq əhali yaşayır. 

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.