"ATENA" rəhbərliyi İranlı "mütəxəssisi" işdən qovdu

  • 02 okt 2019, 20:35

"Atena-Azərbaycan"ın Ağcabədi "AQAT-AQRO" heyvandarlıq təsərrüfatında mühüm kadr islahatı həyata keçirilib. Təsərrüfata son aylarda rəhbərlik edən Mənsur Səfaei adlı İran İslam Respublikasının vətəndaşı işdən qovulub. 

"Demokratik.Az"-a bu barədə daxil olan məlumatda bildirilir ki, iranlı "mütəxəssis"in fermadan uzaqlaşdırılması birbaşa "Atena"nın sahibi İsrafil Qasımovun özü tərəfindən həyata keçirilib.

Bugün Ağcabədidə olan sahibkar fermer təsərrüfatındakı nöqsanların təcili aradan qaldırılması istiqamətində addımlar atılacağını da vurğulayıb. Məlumata görə, Rza adlı şəxs təsərrüfata müvəqqəti direktor təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl "Demokratik.Az" sözügedən fermada bəzi özbaşınalıqlara, cins inəklərin və buzovların kütləvi halda ölməsinə, işçilərin əmək hüquqlarının adıkeçən iranlı Mansur Safaei tərəfindən pozulmasına diqqət ayırmışdı.  

Sayt "Atena" rəhbərliyini ölkəmizin ən iri maldarlıq təsərrüfatından olan fermasını qorumağa və neqativləri aradan qaldırmağa səsləmişdi.

 

 



Demokratik.Az

Oxşar xəbərlər