Xəbər lenti
Bütün xəbərlər

Gəncədə 3 uşaq anasını evindən qaçırdılar — VİDEO

  • 26 sen 2019, 19:38

Gəncədə bir neçə gün əvvəl itkin düşdüyü ehtimal edilən 3 uşaq anası evindən oğurlanıb.


Demokratik.az APA TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonunun Cavadxan qəsəbəsində qeydə alınıb.


Kəpəz rayon sakini, naməlum istiqamətdə aparılan 1990-cı il təvəllüdlü Vüsalə Hüseynovadan 5 gündür xəbər yoxdur. Sentyabrın 21-də Gəncədə axşam saatlarında naməlum şəxslər evə gələrək, evin gəlini olan Vüsalə Hüseynovanı zorla aparıblar. Həyat yoldaşı işdən gələndə həyətin qapısını açıq, evin işıqlarının yanmadığını görüb və polisə məlumat verib. Evə basqın ediblər. Qaranlıq olub. 5 gündür harada olduğu bilinmir. İzi-tozu yoxdur.

Evdən heç nə aparılmayıb. Sənədlər də yerindədir: 

"Gedərkən evdən paltar götürməyib. Hər şeyi evdədir, bütün orqanlara, xəstəxanalara müraciət elədik. Biz problemli insanlar olmamışıq, işə də başıaşağı gedib gəlmişik. Bacım evdar qadın idi”.

Vüsalə Hüseynovanın anası qızının taleyindən nigarandır: 

"Yoldaşı ilə danışıb, çörək almağı tapşırıb. Yoldaşı təxminən saat 21:00 radələrində gəlib. Hüquq-mühafizə orqanlarına müraciət edilib. Gəlib hadisə yerinə baxıblar. Qızım ingilis dili müəllimidir. Gözəl, sağlam ailəsi var, əmisi oğlu ailə qurub. Qapını qırıb, aparıblar”.

Evdəki vəziyyət hadisə zamanı zor işlədilməsi təəssüratı yaradır. Mətbəx qapısının şüşəsi də sındırılıb. İlkin olaraq, qadının müqavimət göstərdiyi ehtimal olunur.

Vüsalə Hüseynovanın anası və qayınanası onun tez tapılmasını istəyir: 

"Xahiş edirəm, 3 uşaq anasının tapılmasında köməklik etsinlər”.

"Mən gəlini aparanlara bircə kəlmə deyirəm: mənim gəlinimi qaytarın” deyə qaynanası bildirib.

Araşdırmalar davam edir.



Oxşar xəbərlər