General dələduzluğa görə həbs olundu

  • 26 sen 2019, 07:53

Rusiya Daxili İşlər Nazirliyinin İctimai Asayişin Mühafizəsinin təminatı üzrə Baş İdarəsinin birinci rəis müavini, general-mayor Aleksandr Melnikov həbs edilib.

"Yeni Sabah" Rusiya KİV-nə istinadən xəbər verir ki, Melnikov dələduzluq ittihamı ilə tutulub. O, noyabrın 24-dək istintaq təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, general 100 milyon rubl mənimsəməkdə günahlandırılır. Melnikov pul qarşılığında biznesmenə onu cinayət məsuliyyətindən azad etməyə söz verib.

Oxşar xəbərlər