Demokratik TV
Xəbər lenti
Yeni orfoqrafiya lüğəti: 1000 söz getdi, 3000 yenisi gəldi
- 25 sen 2019, 09:58
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn həftənin sonunda nəşr olunmaq üçün təqdim ediləcək.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, yeni orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın söz daxil edilib. Eyni zamanda hazırkı lüğətdə mövcud olan təxminən 1000-ə yaxın söz isə lüğətdən çıxarılıb:
"Köhnə lüğətdə yaddan çıxarılan sözlər yeni lüğətə daxil edilib. Məsələn, hazırkı lüğətdə "uca" sözü yox idi. Lüğətə daxil edilən sözlərin əksəriyyəti yeni yaranan sözlərdir. Məsələn, multikulturalizm, tolerantlıq, qloballaşma, bloger, skaut kimi sözlər hazırkı lüğətdə yoxdur, ona görə də bu sözlər yeni lüğətə daxil ediləcək".
M.Nağısoylu qeyd edib ki, 2013-cü ildən sonra Dilçilik İnstitutu 3 lüğət nəşr edib. Yeni lüğətə 2500-dən çox sözdən ibarət olan "Yeni sözlər və yeni mənalar", iki cildli "Yeni terminlər" lüğətindəki sözlər də daxil ediləcək. Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz isə orfoqrafiya lüğətindən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.
Orfoqrafiya lüğəti Azərbaycan dilində sözlərin yazılışında əsas mənbə hesab edilir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı – Siyahı
Azərbaycan dilinə yeni daxil olan 2650 söz müəyyən edilib
"Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Ad qoyuluşlarında yeni qadağalar - SİYAHI
Dilim-dilim edilmiş dilimizin dilçəyi
"Azərbaycan"ın baş redaktoru: "Dilimizin qorunmasına dövlət nəzarəti ciddiləşəcək..."
“İzahlı dilçilik terminləri lüğəti" PLAGİAT çıxdı? – AMEA-DA QALMAQAL
ADU-nun rektoru dəyişdirildi
"Dövlət Dil Komissiyası"nın yeni tərkibi təsdiqlənib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti