Xəbər lenti
Bütün xəbərlər

Azərbaycanda xanım müğənni qəzada öldü

  • 19 sen 2019, 07:45
Goranboy rayonunda sürücü idarə etdiyi "BMW X-5" markalı avtomobili aşırıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə hadisə Qızılhacılı kəndində qeydə alınıb.

İlkin məlumatlara görə qəzada Günel adlı qadın həyatını itirib. Qadının müğənni olduğu deylir. Daha bir nəfər Tural Abdullayev adlı şəxs isə ağır bədən xəsarətləri alıb.

Yaralı hələlik Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun Gəncədəki özəl xəstəxabalardan birinə gətirilməsi planlaşdırılır. Qəzaya səbəb yüksək surət və sürücünün idarəetməni itirməsinin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər