Xəbər lenti
Bütün xəbərlər

Polisimiz özünü güllələdi-niyə?

  • 22 fev 2015, 15:21

Ağsu rayonunda polis əməkdaşı intihar edib. Hadisə ötən gün saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin binasında qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, xəbəri Ağsu Rayon Polis Şöbəsi təsdiqləyib.

Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu "Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.

Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən polis əməkdaşının xeyli miqdarda borcu olub. O, özünü öldürməzdən əvvəl məktub yazıb və iş yoldaşlarından həmin məktubu həyat yoldaşına çatdırmalarını xahiş edib.

İntihar edən polis əməkdaşı N.Tanrıverdiyevin iki qızı var.


Demokratik.Az

Oxşar xəbərlər