Qaxda 17 yaşlı oğlan bıcaqlanıb

  • 16 sen 2019, 07:53

Demokratik.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Rayon sakini Məmmədzadı Rəşid Rəşad oğlu bıçaqlanma əlamətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, R.Məmmədzadəyə sol budunun arxa nahiyəsinin 3/1 hissəsində 5 və 6 mm-lik kəsilmiş -deşilmiş yaraları diaqnozu qoyulub. Yaralıya lazımi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər