Xəbər lenti
Bütün xəbərlər

Gəncədə sabiq lisey direktoru rüşvəti belə də yığırmış - VİDEOFAKT

  • 28 avq 2019, 18:56
Demokratik.Az saytına Gəncə şəhər sakini Şərifli Əli Famil oğlu tərəfindən şikayət daxil olub. Şikayətçi Gəncə şəhəri 3 nömrəli Peşə Liseyində İKT peşələri üzrə ixtisas fənn müəllimi işlədiyini, cari tədris ilinin ikinci rübündə onun əməkhaqqqına qarşı lisey rəhbərliyi tərəfindən maxinasiya edildiyini iddia edir. Liseyin müəllimi bildirir ki, iyulun 20-də maaş kartından çıxardığı 505 manat pul sabiq direktor Fazil İsmayılov və baş mühasib İsmayıl İsmayılov tərəfindən mənimsənilib. Baş mühasib direktorun adı ilə müəllimin maaşını əlindən almaq üçün onu aldadıb. 
Əli Şəriflinin sözlərinə görə, baş mühasib iyulun 20-də onu yanına çağıraraq maaş kartına maaşa aidiyyatı olmayan əlavə pul köçürdüyünü, həmin pulu alaraq ona verməli olduğunu bildirib. Müəllim deyiləni edib, lakin sonradan maaşının əlindən alındığını öyrəndikdən sonra liseyin sabiq direktoru F.İsmayılova iradlarını bildirib. Pulu ondan və baş mühasibdən geri tələb edib. Lakin, rəhbərlik müəllimə hədə-qorxu gələrək tələbdən yayınıb. Müəllim bildirir ki, həmin pul bu ilin yanvarından tədris ilinin sonunadək keçdiyi saat hesabı dərsin hesabına ödənilmiş vəsait olub.
Şikayətçi müəllim bildirir ki, mühasib Fazil İsmayılovun doğmaca qardaşı oğludur və bu hal da qanunvericiliklə hüquq pozuntusudur. Digər deyilənlər isə doğrudursa, liseyin sabiq direktoru mühasibinin əli ilə cinayət xarakterli qanunsuzluq edərək Əli Şəriflini işdən qovacağı hədəsilə onu açıq şantaja məruz qoyub. Müəllimə qarşı küllü miqdarda dələduzluq əməli törədib. Təsadüfi deyil ki, şikayətçi müəllimin özü də işini itirməmək xatirinə həmin pulu verdiyini bildirir. 
Şərifli Əli Famil oğlu dediklərinin sübutu kimi ondan tələb olunan 505 manat pulu liseyin baş mühasibi İsmayıl İsmayılova verərkən telefonu ilə qeydə aldığı videogörüntü mövcuddur. 
Demokratik.Az həmin videoçəkilişi təqdim edir:

Oxşar xəbərlər