Demokratik TV
Xəbər lenti
Balakən sakinindən silah və narkotik aşkar edildi
- 31 iyul 2019, 21:50
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Demokratik.Az"-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olmaqda şubhəli bilinən rayon sakini, 37 yaşlı Seymur Quliyev saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 6 kiloqrama yaxın təşkil edən hündürlüyü 26-90 sm olan 95 ədəd çətənə kolları, yaşadığı evdən isə ümumi çəkisi 540 qram olan qurudulmuş marixuana, 5 qram həşiş, həmçinin 27min ABŞ dolları, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, çoxlu sayda patronlar və narkotik maddə hazırlamaq üçün istifadə olunan xüsusi qurğu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Seymur Quliyev cinayət əməlini etiraf edib.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.Həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Demokratik.Az"
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Gəncə sakini narkotik maddə ilə tutuldu
Vətəndaşlardan narkotik və silah aşkarlanıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Narkotik alverçisi saxlanıldı
7 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti