Xəbər lenti
Bütün xəbərlər

Batumidə Azərbaycan vətəndaşları bıçaqlanıb

  • 31 iyul 2019, 13:23

Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.

Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.

Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.

Qarşıdurmanın səbəbi hələ məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Oxşar xəbərlər