AİLƏSİ ONU AXTARIR

  • 27 iyul 2019, 01:41
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonunun Caqar kənd sakini, 61 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu cari ilin iyun ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri
qayıtmayıb.
Nəriman Ərzimanovun əlamətləri belədir: Boyu 162 sm., yumru sifətli, qəhvəyi qısa saçlı, gözlərinin rəngi qonur, dolu bədən quruluşlu, hər iki qolları
əyridir. N.Ərzimanov əqli cəhətdən qüsurludur. Evdən çıxan zaman onun əynində
qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng
vuraraq məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər