Demokratik TV
Xəbər lenti
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
- 16 iyul 2019, 19:45

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin göstərişi əsasında Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində videogörüntülardəki şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyənləşib. Həmin görüntülərin isə 15 iyul 2019-cu il tarixində "28 May” – "Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alındığı məlum olub. Metropolitendən istifadə qaydalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək, peşman olduğunu bildirib.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
500 manata tapança satan şəxs tutuldu - FOTO
"Nardaran qalası"nda silah gizlədən şəxs tutuldu
Fikrət Qocanın oğlunun qətlinin bəzi təfərrüatları
Qaçırılmış “Niva” Maştağadan tapıldı
Polis polkovnikinin həbsinə aydınlıq gətirilib
Cibgirlik edən şəxs yaxalanıb
Bakıda kriminal avtoritetin qardaşı həbs olundu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti