Ağstafada qətliam qan davasıymış

  • 17 iyun 2019, 19:50

Ağstafanın Böyük Kəsik kəndində baş verən dəhşətli qətl hadisəsi qan davasıymış.

Belə ki, hadisəni törədən 25 yaşlı Elvin Süleymanov 4 nəfəri silahla qətlə yetirib. Ölənlərdən biri Sadıqlı kənd sakini 1977-ci il təvəllüdlü, digəri 1984-cü il il təvəllüdlüdür. Üçüncü şəxs isə qətlə yetirilənlərdən birinin anası olub. Öldürülən digər şəxsin təsadüfən hadisə yerində olduğu və aldığı güllə yarasından öldüyü bildirilir. 

Qeyd edək ki, qətlə yetirlənlər həbsdən yeni azadlığa buraxılıblar. Onlar illər əvvəl torpaq üstündə qeyd edilən cinayəti törədənin atasını və əmisini öldürüblər.

Oxşar xəbərlər