İlham - Fərizə ailəsinə daha bir ağır itki

  • 14 iyun 2019, 13:23
20 Yanvar şəhidilərinin simvollarından biri İlham - Fərizə ailəsinə daha bir ağır itki üz verib. Bu gün Fərizənin anası Bağda Nəbiyeva vəfat edib
Qaziler.az saytına istinadən bildiririk ki, bu barədə İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev məlumat verilib.
Xatırladaq ki, ötən il bu ailə daha bir ağır itki yaşamışdı. İlham Allahverdiyevin anası Ofeliya İbrahimova vəfat etmişdi.
"Qarabağ Qazilər”, "Qarabağ Əlillərinə Qayğı” birlikləri, Fred Asif adına Milli Qəhrəmanları İnkişaf Fondu, Qaziler.az saytının kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir!
Oxşar xəbərlər