Balıqçılar itkin düşdü

  • 13 fev 2015, 19:17

Lənkəranda dünən səhər dənizə çıxan iki balıqçı küləkli havada itkin düşüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artıq motorlu qayığın qalıqları da tapılıb.

Lənkəran rayonun Nərimanabad qəsəbə sakinləri - 22 yaşlı İbrahim Məmmədov və 32 yaşlı Ceyhun Mahmudov 18-ci yanalma körpüsündən dünən səhər saatlarından dənizə çıxıblar. Havanın küləkli olduğunu görən balıqçı yoldaşları geri dönsələr də, bu iki nəfər dənizdə qalıb. Onların uzun müddət geri dönmədiyini görən balıqçı yoldaşları və yaxınları müvafiq qurumları məlumatlandırıb. Balıqçıların axtarışlarına FHN-nin motorlu qayıqları və bir helekopteri cəlb olunub.

Xilasedicilərə kənd sakinləri də qoşulub. Artıq balıqçı qayığının qalıqları rayonun Siyavar kəndi ərazisində aşkarlanıb.

Axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi də cəlb olunub. Balıqçıların axtarışları davam etdirilir.


Demokratik.Az


Oxşar xəbərlər