Xəbər lenti
Bütün xəbərlər

Bakıda həkim həkimi öldürdü

  • 30 may 2019, 08:36

Qara Qarayev metrosu yaxınlığındakı 4 saylı Vərəm Dispanserinin həkimi Sona Gürgün (Vəliyeva) liposaksiya (piy sovurma) əməliyyatından sonra vəfat edib.

Baku Medikal Plazada baş tutan əməliyyatı Sirus Qoçxani adlı həkim həyata keçirib.

Məlumat saytımıza gecəyarısı daxil odluğuna görə, informasiyanı dəqiqləşdirmək cəhdlərimiz boşa çıxdı. Baku Medikal Plazadan bildirdilər ki, hazırda klinikanın ancaq təcili yardım xidməti iş başındadır, suallarımıza cavab verə biləcək şəxslər səhər saat 8-də işdə olacaqlar. Məlumatı dəqiqləşdirib ətraflı informasiya verməyə çalışacağıq.

Qeyd edək ki, Sirus Qoçxani adı Azərbaycan ictimaiyyətinə tanışdır. Belə ki, 2017-ci ilin iyun ayında 21 yaşlı gənc model Leyla Oruclu da liposaksiya əməliyyatı üçün o zaman "Zəfəran Hospital”da çalışan Sirus Qoçxaniyə müraciət etmiş və əməliyyatdan sonra gənc qız həyatını itirmişdi. O zaman gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyini və klinikanın hazırlıqsız olduğunu əsas səbəb kimi göstərirdi.

Bəs görəsən bu dəfə nə baş verib? Sirus Qoçxaninin və Baku Medikal Plazanın mövqeyini öyrənib dərc etməyə çalışacağıq. /Yenilik.Az/

Oxşar xəbərlər