Günün videosu
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » Tənzilə Rüstəmxanlının bacısı həlak oldu
Tənzilə Rüstəmxanlının bacısı həlak oldu
- 12 fev 2015, 19:27
Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
"Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.
Qeyd edək ki, Könül Rüstəmxanlı "Azəri Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlının bacısıdır.
Allah Rəhmət eləsin!
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Günün videosu
Prezident İlham Əliyevin xalqa müraciətinin tam versiyası - VİDEO
Xəbər lenti