Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü

  • 20 may 2019, 21:25

Bugün səhər saatlarında "Xəzər Lada"nın Gəncə şəhərindəki ofislərindən birində ağır bədən xəsarətlərilə nəticələnən insident baş verib. Belə ki, "Xəzər Lada" nın "Yeni Gəncə" qəsəbəsində yerləşən Mərkəzinə müraciət edən Qarabağ əlili Qalib Zeynalov və qardaşı Adil avtoservisin bir neçə "qoçusu"nun fiziki təzyiqinə məruz qalıblar. Şəxsi münaqişə zəminində baş verən davada Qalib Zeynalov ciddi bədən xəsarətləri alıb.

Bu barədə "Demokratik.Az"-a məlumat verən zərərçəkmişin sözlərinə görə, onun döyülməsində "Xəzər Lada"nın Gəncədəki nümayəndəsi İman adlı şəxs də iştirak edib.

Servis mərkəzində döyülən Qarabağ əlili bildirib: "Bugünkü davada aldığım xəsarətlərlə bağlı həkim müayinəsindən və tibbi ekspertiza rəyindən keçdim. Məni küt alətlə vurublar. Hazırda olayın mahiyyətini polis də ciddi araşdırır. Dava-dalaşın olacağını bilmirdik, amma, deyəsən onlar bunu əvvəldən planlaşdırmışdılar. Qardaşımla birgə orada olarkən idmançı qiyafəli 4-5 nəfər şəxs İmanın göstərişilə bizə hücuma keçdilər. Nəticədə olanlar oldu. Səbəbi hələ ki, mənə də bəlli deyil. Amma, bu davranışı ilə deyəsən "Xəzər Lada" və rəhbərliyi lotuluq edir. Başqa nə deyim, polis araşdırır". 

(mövzu diqqətimizdədir-əlavə məlumat verməyə çalışacağıq)

"Xəzər Lada"-nın da mövqeyini dinləyib dərc etməyə hazırıq...

Demokratik.Az 

Oxşar xəbərlər