Xəbər lenti
Bütün xəbərlər

Polisdən tapança əməliyyatı

  • 12 fev 2015, 18:58

Mingəçevir və Bakı sakinlərindən silah-sursat götürülüb.

ANS RESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Həyat qəsəbə sakini Qadir Xudabaxşıyevdən "TT” markalı tapança götürülüb.

Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qəşəm Əhmədovun evindən "Valter” markalı tapança və 1 patron aşkar edilərək götürülüb.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Əmirovdan "Naqan” markalı tapança və 4 ədəd tapança patronu götürülüb.


Demokratik.Az

Oxşar xəbərlər