Azərbaycanlı ruslarla dalaşdı

  • 12 fev 2015, 18:56

Rusiyanın paytaxtı Moskva şəhərində kafelərin birində kütləvi dava baş verib. 

Bu barədə sosial şəbəkələrdə bildirilib.

Verilən məlumata görə, dava 5 rus ilə 2 qafqazlı arasında olub. Qafqazlılardan birinin azərbaycanlı, digərinin isə çeçen olduğu vurğulanıb.

Videodan göründüyü kimi kafedə 3 nəfər oturub. İçəri bir nəfər daxil olur. Onun azərbaycanlı olduğu bildirilir. Oturan şəxslər ona söz atır. Nəticədə mübahisə yaranır.

Mübahisə zamanı azərbaycanlı oturan kişini yumruqla vurur. Nəticədə dava düşür. Dava zamanı içəri daha iki rus girir. Onlar azərbaycanlını təkləyib döydükdə, onun köməyinə çeçen oğlan gəlir.

Dava iştirakçılarını sakitləşdirmək üçün kafedə işləyən qadınlar məsələyə qarışırlar. Lakin heç bir nəticə vermir. Dava zamanı yumruq, təpiklə yanaşı, stol və stullardan da istifadə olunur.

Davanın videosu sosia şəbəkələrdə rekord sayda izlənib və şərh olunub.


Demokratik.Az