Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Kriminal Aləmdə yenə qanlar axır

 

Azərbaycanlı "qanuni oğru”lar arasında müharibənin və həbslərin səbəbi nədir?
Kriminal Aləmdə yenə qanlar axır

Yanvarın 6-da Ermənistanda keçirilən "oğru sxodkası”nda heç bir nəticə əldə edilməməsi kriminal aləmdə yeni müharibəyə səbəb olub. Son iki gündə azərbaycanlı "qanuni oğru”ların arasında yenə də qanlı hesablaşmalar başlayıb. Vesti.az-ın məlumatına görə, Moskvadakı "Abşeron” kafesində kriminal aləmdə "Lotu Quli” təxəllüsü ilə tanınan Nadir Səlifovun tərəfdarları ilə "Dato Ağcabədinski” ləqəbli, əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşmalar arasında qanlı atışma olub.


Atışma zamanı "Dato Ağcabədinski” və onun yaxın adamı olan Şirvan sakini "Natiq Əlibayramlınski” qətlə yetirilib. "Natiq Əlibayramlinski”nin  "Kalaşnikov” avtomatından açılan atəş nəticəsində öldürüldüyü deyilir. Bildirilir ki, "Lotu Quli” və "Dato Ağcəbədinski”nin nəzarətində olan qruplaşmalar arasında uzun müddətdir düşmənçilik var. Hadisənin "Natiq Əlibayramlinski”nin telefon vasitəsilə qarşı tərəfin nümayəndəsinə söyüş söyməsi səbəbindən baş verdiyi ehtimal olunur. Şirvan Şəhər Polis İdarəsindən "Natiq Əlibayramlinski”nin öldürülməsi faktını təsdiqləyiblər.

Elə həmin gün, yəni fevralın 10-da Türkiyədə 46 yaşlı "qanuni oğru” Vadim İvanenko öldürülüb. Kriminal aləmdə "Vadik Krasnodarski” ləqəbi ilə tanınan "qanuni oğru”  yerindəcə keçinib. Hadisə zamanı digər "qanuni oğru” Vladimir Jurakovski ("Vova Puxlıy”) yaralanıb. "Vadik Krasnodarski”  Aslan Usoyanın ("Ded Xasan”) qruplaşmasının tanınmış üzvlərindən idi. Güman edilir ki, onu "Ded Xasan” klanı ilə müharibə aparan azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin ("Lənkəranski”) adamları güllələyib. Vadim İvanenko "Ded Xasan” klanına daxil olub və onun Krasnoyarsk üzrə səlahiyyətli nümayəndəsi missiyasını yerinə yetirib.
Aznews.az saytının iddiasına görə, "Rövşən Lənkəranski”  hazırda Türkiyədə yaşayır və ehtimal olunur ki, "Ded Xasan”ın yaxın adamının qətli məhz "Lənkəranski” tərəfdarlarının işi ola bilər.


Türkiyə və Moskvada baş verən qətllərin arasında əlaqə olub-olmaması hələlik aydınlaşmayıb. Amma Moskva qətllərinin arxasından doğurdan da  "Lotu Quli”nin,  Türkiyədəki qətlin arxasında isə "Lənkəranski”nin izi çıxsa, o zaman bu olaylar arasında bir əlaqə mütləq var.
Kriminal aləmdə daha bir ciddi hadisə erməni "qanuni oğru” "Edik Tbilisski” ləqəbi ilə tanınan Eduard Asatryanın 3 il həbs cəzası verilməsidir. 46 yaşlı Asatryan külli miqdarda narkotikin saxlanılmasında günahlandırılaraq 3 il azadlıqdan məhrum edilib. O, ötən ilin avqustunda Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Moskvanın "Barry White” restoranında saxlanılmışdı. Saxlanılarkən üzərində kokain aşkarlanmışdı.

Eduard Asatryan milliyyətcə ermənidir və 1968-ci ildə Tiflisdə anadan olub. Asatryanın oğlu Sergey də Rusiyanın kriminal dairələrində məşhurdur. Əməliyyatçılar onu Rusiyanın yeni kriminal nəslinin "qızıl gəncliyi” hesab edirlər. O, ən son moda ilə geyinir, bahalı avtomobillərdən ibarət avtoparkı var. Amma özü daha çox "Bentli”yə üstünlük verir və bu səbəbdən də ləqəblərindən bir "Seryoja Bentli”dir.

Eduard Asatryan əvvəllər də dəfələrlə müttəhim kürsüsündə əyləşib. O, "Ded Xasan”ın düşmənləri ilə birləşərək ona qarşı koalisiyaya başçılıq edirdi.

Rusiya saytı yazır ki, mafioz dairələrdə çox yaxşı tanınan E.Asatryan bir neçə dəfə məhkum olunub. Məlumatlara görə, Eduard Asatryan təkcə Rusiyada deyil, bir sıra Avropa ölkələrində də kriminal qruplaşmalara rəhbərlik edir. Asatryan  kriminal aləmin elitası hesab olunur. O, köhnə "oğru qanun”larının ənənələri ilə yaşayır, "oğru adı” paylanan bəzi "sxodka”larda iştirak etmir.

Asatryan kriminal aləmdə ciddi qayda-qanun yaratmaq, müxtəlif yollarla "oğru” adı alan və polisin əlinə düşən kimi "vor zakon” adından imtina edən şəxsləri meydandan "təmizləmək” niyyətini ortaya qoymuşdu. Onun kriminal aləmdə yeni düzən yaratması çoxlarının xoşuna gəlmirdi. Qeyd edək ki, o, "Şakro Molodoy” ləqəbi ilə tanınan Zaxari Kalaşovla da yaxın dost olub. 

Onun azərbaycanlı "qanuni oğru”larla hər hansı konflikti barədə də internet resurslarında məlumat yoxdur. 

Qeyd edək ki, fevralın 3-də Moskva polisi Lyusinov küçəsindəki xəngəlxanada olan 18 kriminal avtoritet və 2 "qanuni oğru”nu saxlayıb. Rusiya mətbuatının məlumatına görə, saxlanılan "qanuni oğru”lardan biri "Taxi" ləqəbi ilə tanınan 53 yaşlı Georgi Uqlava, digəri isə 39 yaşlı Kaxa Parpaliyadır. Uqlava və Parpaliya müvafiq olaraq Kutaisi və Suxumu klanına məxsus "qanuni oğrular”dır. Onlar "Ded Xasan” tərəfdarlarının ən qatı düşmənlərindən sayılırlar. 
Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.