"Repressiyalar və İşgəncələr Əleyhinə" Komitəsi yaranır

  • 05 may 2019, 13:04

"Repressiya və işgəncələrə qarşı dirəniş göstərmək üçün bir qrup vətəndaşcəmiyyətinin nümayəndələrlə Repressiyalar və İşgəncələr Əleyhinə Komitəsini yaratmağa qərara gəldik".

 

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.

Hüquq müdafiəçinin sözlərinə görə Komitə hələ ki, tam formalaşmasa da, artıq 18 nəfərdən ibarət İşçi qrupu yaradıldı. Qrupun tərkibinə jurnalistlər, hüquq müdafiəçilər, ictimai-siyasi fəallar, həmçinin Gəncə, Nardaran hadisələrlə bağlı həbs olunmuş şəxslərin, Tərtərdə öldürülmüş hərbiçilərin, "Evrovizion" məhbusların valideynlər daxildir.

Gülalıyev vurguladı ki, Komitənin yaratmasının əsas məqsədi ölkədə son zamanlar geniş vüsat alan repressiya və işgəncələrlə mübarizə aparmasıdır. "Son baş verənlər buna misaldır. Tərtər işilə bağlı qətlə yetirənlər, Gəncə işilə bağlı qətlə yetirələnlər, həbs olunanlar, həbs olunanlara işgəncələrin verilməsi və bu gün də o işgəncələrin davam etməsi öz fəsadlarını göstərir. Biz həmin insanlara dəstək olmaq üçün bu Komitənin yaranmasını zəruri hesab etdik".

Fəaliyyətin əsas istiqamətlərdən biri işgəncələrlə bağlı hesabatların tərtib edilməsini qeyd edən hüquq müdafiəçisi dedi ki, bununla yanaşı maarifləndirici və məlumatlandırıncı toplantılar keçiriləcək. "Biz Azərbaycanda repressiyanın miqyasını, təsir imkanlarını, işgəncələrin formalarını, onları harda və necəverilməsini göstərəcəyik. Eyni zamanda qanunvericiliyin çərçivəsində bütün digər imkanlardan istifadə edəcəyik".

Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsində davam edən məhkəmədə "Gəncə işi" ilə bağlı təqsirləndirilən şəxslər 2018-ci ildə Gəncədə həbs zamanı polis bölmələrdə ağır işgəncələrə məruz qaldıqlarını bəyan edirlər.

Azərbaycan hakimiyyət rəsmiləri isə deyirlər ki, ölkədə heç kim siyasi fəaliyyətinə və dininə görə təzyiqlərə məruz qalmır

Oxşar xəbərlər