Demokratik TV
Xəbər lenti
Göyçayda yeni doğulmuş körpə ölüb
- 01 may 2019, 22:36
Göyçay rayonunda yeni doğulmuş körpə ölüb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayonun Şahsoltanlı kənd sakini Tünzalə Quliyeva doğuş sancıları ilə Qaraməryəm kənd tibb məntəqəsinə aparılıb. Ana burada təbii yolla oğlan uşağı dünyaya gətirib. Lakın bir gün sonra körpənin vəziyyəti ağırlaşıb və Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, ananın üçüncü hamiləliyi olub.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti