DİN 8 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

  • 30 apr 2019, 13:23
Daxili İşlər Nazirliyi (DİN) Göygöldə baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
DİN nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 29-da saat 12 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakinləri Eldəniz Həsənovun idarə etdiyi "VAZ-2107” və Aslan Camalovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə E.Həsənov və həmyerliləri olan sərnişinləri Nahidə Orucova, habelə A.Camalov və həmyerliləri olan sərnişinləri Həmid Bayramov hadisə yerində, eləcə də E.Həsənovun qızı Rübab və digər sərnişini Firəngiz Orucova, A.Camalovun oğlu Hüseyn və arvadı Sevinc Xamalova isə xəstəxanada ölüblər. E.Həsənovun digər sərnişini – arvadı Ruhiyyə Həsənova xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər