Azərbaycanı bürüyən bəla: 1 ölü, 13 yaralı

  • 10 fev, 15:03
  • baxış sayı: 596
Ötən gün Ağcabədi rayonunda faciəvi hadisə baş verib.





Demokratik.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağcabədi şəhərində yaşayan 30 yaşlı Arzu Cabbarova dəm qazından boğularaq ölüb.

Ötən gün Bakıda da dəm qazı xofu yaşanıb. Dünən paytaxtda 13 nəfər dəm qazından zəhərlənib. Xoşbəxtlikdən onlar arasında ölüm olmayıb.

Hadisələrin əksəriyyəti paytaxtdakı həyət evlərində qeydə alınıb.

Qeyd edək ki, havaların soyuq keçməsi səbəbindən dəm qazından zəhərlənmə faktarı artır. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hər il qış mövsümünün gəlişilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Əhaliyə "mavi yanacaq”dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə yoxlamalar həyata keçirirlər.

Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər