Xınalığa və Şahdağa qar yağır

  • 17 apr 2019, 16:06
Hazırda Qubanın Qırız, Xınalıq kəndlərinə və Şahdağa qar yağır.

 
 
 
 
 
 

 
Bu barədə Moderator.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Bayramova məlumat verib. 

Direktor bildirib ki, dağlıq rayonlara qarın yağması axşam saatlarında da davam edəcək. 

"Əksər rayonlarda yağış yağır. Dağlıq ərazilərdə yağıntılar qar şəklindədir. Son məlumata görə, Şahdağda 3 sm qar yağıb”-, deyə G.Bayramova vurğulayıb. 
Oxşar xəbərlər