Balotelli Fransa çempionatının ən yaxşısı seçilib

  • 16 apr 2019, 07:35

"Marsel" klubunun italiyalı hücumçusu Mario Balotelli mart ayının yekunu üzrə Fransa çempionatının ən yaxşısı seçilib.

"Report" xəbər verir ki, bu barədə Fransa Futbolçuları Həmkarları İttifaqının saytı məlumat yayıb.

Balotelli 45 faiz səslə səsvermədə birinci yeri tutub. O, birincilik uğrunda mübarizədə Kilian Mbappe (PSJ - 35%) və Mussa Dembeleni ("Lion" - 20%) qabaqlayıb.

Mbappe və Dembele ötən ay Fransa çempionatının 4 matçında iştirak edibər və hərəyə 5 qol vurublar. Balotellinin hesabında isə 4 oyuna 4 qol var.

Oxşar xəbərlər