Rəşad İlyasovla bağlı niyə rəsmi reaksiya gəlmir?

  • 08 apr, 14:12
  • baxış sayı: 176

Bir neçə gündür "Space” TV-nin efirində müğənni Rüfət Axundov və həmkarı Rəşad İlyasovun qeyri-etik ifadə işlətməsi gündəmdədir.

Hər iki sənətçiyə bütün teleməkanda qadağa qoyulduğu bildirilir. Lakin R.Axundovla bağlı qərarın rəsmiləşdiyi artıq dəqiqləşsə də, səhnəni bölüşdüyü həmkarı barədə rəsmi reaksiya gəlməyib. Xatırlatmaq yerinə düşər ki, həmin videoda qeyri-etik ifadələrdən öncə müğənni Rəşad İlyasovun mikrofonunun bağlı olduğu görünür. Belə ki, o, mikrofonunu işarə edəndən sonra sənətçinin səsi efirə verilir. Ardınca isə həmin etik olmayan kəlimələr efirdə dilə gətirilir.

Qeyd edək ki, müğənni Rəşad İlyasov AzTV telekanalında "Yaradanlar və yaşadanlar” verilişinin aparıcısıdır. Hazırda telekanaldan onun fəaliyyətinin davam edib-etməyəcəyinə dair açıqlama verilməyib.

Xatırladaq ki, şou-biznes nümayəndələri ilə yanaşı, "Space” telekanalında sözügedən verilişə görə cavabdeh olan səs rejissorları, texniki heyət, verilişin aparıcısının işdən qovulduğu bildirilir. Belə olduğu halda, yalnız Rüfət Axundovun və texniki heyətin cəzalandırılması, Rəşad İlyasovun məsuliyyətdən kənar qalması müəmmalıdır. Xüsusilə qeyri-etik ifadə dilə gətirilən zaman məhz Rəşadın səsinin daha aydın gəlməsinə baxmayaraq, Rüfətin diqqətdə olması maraq doğurur. /Minval.info /

Oxşar xəbərlər