Gəncədə fəhlə torpaq altında qalıb öldü

  • 02 apr 2019, 23:44

Gəncədəki hadisənin baş vermə səbəbləri məlum olub.

1969-cu il təvəllüdlü İlham Rza oğlu İsgəndərov dağıntı altında qalaraq ölüb.

Belə ki, İlham İsgəndərov həmin ərazidə olan Gəncə çayında "ZİL" markalı yük maşınına daş yığan zaman qəflətən torpaq uçub və bu zaman fəhlə xırda daş və torpaq kütləsinin altında qalıb.

Məlumata görə, o, tikinti ərazisində sökülmüş mişar daşlarını toplayırmış.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər