Xəbər lenti
Bütün xəbərlər

Qadın vəhşicəsinə döyüldü-Rusiyada

  • 03 fev 2015, 19:01

Boksçu Moskvada qadını amansızcasına döydüyü üçün saxlanılıb.

Polis əməkdaşları 27 yaşlı paytaxt sakininin bir neçə cinayət yoldaşını da tuta biliblər.

Qeyd edək ki, dəhşətli hadisə 24 yanvar tarixində baş verib. Böyük Tula küçəsində kişi qadına hücum edib və onu vəhşicəsinə döyüb. Həmin anlar təhlükəsizlik kameraları tərəfindən də saniyə-saniyə qeydə alınıb.

Kadrlardan görünür ki, kişi əvvəlcə qadını yerə yıxıb və daha sonra ona zərbələr endirməyə başlayıb. Kişi qadını amansızcasına təpikləyib və sonra cibindən bıçağı çıxararaq bir neçə dəfə qadına xəsarət yetirib.

Demokratik.Az

Oxşar xəbərlər