Sərxoş azərbaycanlı təyyarədə çətin anlar yaşatdı

  • 12 mart 2019, 10:04

Martın 11-də "Orenburq" hava limanında Moskvaya uçan reysdə insident yaşanıb.

Report xəbər verir ki, bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov öz "İnstagram" səhifəsində yazıb.

Vilayət mərkəzinin sabiq merinin sözlərinə görə, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

"Polis və sərnişinlərin operativliyi sayəsində davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edir", - deyə deputat bildirib.

İzləyicilərin dava salan şəxsin mənsub olduğu ölkənin adının niyə qeyd olunmasına dair sualları cavabsız qalıb.

Oxşar xəbərlər