Daşkəsəndə yararlı əl qumbaraları tapılıb

  • 07 mart 2019, 22:07

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, martın 7-də Daşkəsən Rayon Xoşbulaq kənd sakini DİN-nin "102" Xidməti - Zəng mərkəzi Sisteminə zəng edərək bildirib ki, Qoşqar çayının Xoşbulaq kəndi ərazisindən keçən hissəsində bir neçə əl qumbarası aşkarlayıb.

Faktla bağlı dərhal Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd "F-1”, 2 ədəd "FQ-5” əl qumbarası və 21 ədəd pardladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 m2 əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər