Demokratik TV
Xəbər lenti
ADAU da "8 MART" tədbiri təşkil olunub
- 07 mart 2019, 21:42
Qadın gözəllik simvolu, səmimiyyət, məhəbbət, ülvilik, zəriflik rəmzi kimi həmişə uca tutulub. Ana kimi bəşəri dəyərlər daşıyan qadın bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qoruyub, yaşadılmasında müstəsna xidmətlər göstərib.
Demokratik.Az bildirir ki, bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetində 8 mart Beynəlxalq qadınlar gününə həsr edilən tədbirdə səsləndirilib. Tələbələrin hazırladığı tədbir maraqla izlənilib.
Əvvəlcə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qadınları təbrik edib. Bildirib ki, universitetimizdə qadınlara böyük diqqət var
və tariximizin, mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadınların adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman göstərib. Sonda tələbələrin hazırladığı senariyə uyğun ürəkləri riqqətə gətirən musiqilər səslənib, şerlər ifa olunub. Milli rəqslər isə tədbirə xüsusi rəng qatıb. Beləcə ADAU-da çalışan qadınlar ömrün daha bir sevincini də bu bayram günündə yaşayıb.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
ADAU REKTORU TƏLƏBƏ QIZLARIN BAYRAMINI TƏBRİK EDİB
ADAU-DA NOVRUZ ŞƏNLİYİ QEYD EDİLİB
ADAU-nun REKTORU İLİN ƏN YAXŞI REKTORU SEÇİLİB
Prezidentdən Azərbaycan qadınlarına
ADAU rektoru gənc müəllimləri və tələbələri təbrik edib
ADAU-nun rektoru tələbə evində görüş keçirib
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
ADAU-da növbəti tədbir keçirilib - bir kafedranın uğurları
ADAU-nun fakültələrində ilin uğurları müzakirə edilib
ADAU-da antinarkotik təbliğatın gücləndirilməsinə dair tədbir keçirilib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti