Ucarda özbaşına elektrik naqilləri fəsadlar törədir - ŞİKAYƏT

  • 04 mart 2019, 20:44

"Demokratik.Az"-a Ucar rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub. Şikayətçilər Ucar Elektirik Şəbəkəsinin müdirinin yaratdığı laqeyidlikdən, səriştəsiz idarəçilikdən bəhs edir. Müraciətdən aydın olur ki, rayonun müxtəlif ərazilərində nəzarətsiz qalan elektrik naqilləri var və bir çoxları özbaşına elektrik cərəyanlarının fəsadları ilə üzləşib. 

Ucar rayonu Bərgüşad kənd sakini Nəsiyev Azər Atəş oğlu yazır ki, məlum aprel döyüşlərində əlilliyə məhkum olan övladı Nuruşun toyu üçün həyətində min-bir zəhmətlə bəsləyib böyütdüyü erkək dana otlayan zaman həyətyanı sahədəki trasmavatorun nasazlığından yerə axan elektirik cəryanı nəticəsində ölüb. Vətəndaş hesab edir ki, hadisə Ucar Elektirik Şəbəkəsinin yarıtmaz fəaliyyətindən irəli gəlib. Zərərçəkmiş transformatorun nasaz vəziyyətdə olmasını insanlar üçün də potensial təhlükə hesab edir. 

Vətəndaş yazır ki, Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimova da ərizə ilə müraciət edib, lakin müdir onunla kobud davranaraq "get hara istəyirsən şikayət et"- deyə bildirib. Şikayətçinin iddiasına görə, müdirə təqdim etdiyi əlil veteran vəsiqəsi də nəzərə alınmayıb, əksinə, vəsiqə saxta adlandırılıb. Məlumata görə, tələf olmuş dananın qiyməti 1200 manat olub.

Digər şikayətçi isə Ucar rayonunun Qazyan kənd sakini Məmmədyarov Elgün Rəhim oğludur. O da inəyinin elektrik cərəyanının vurması nəticəsində zərər gördüyünü yazır. Bildirir ki, 18.02.2019-cu il tarixdə qırılaraq yerə düşmüş elektirik xətti inəyini əlindən alıb. Analoji hadisədə də Ucar Elektirik Şəbəkəsinin yarıtmaz fəaliyyəti ortadadır. Məlum olur ki, ümumiyyətlə idarə rəsmiləri qırılmış elektrik naqillərinə nəzarət etməyi lazım bilmirlər. Öz işlərinə etinasız yanaşırlar. Bu zərərçəkmiş də analoji cavab alıb. Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov deyib ki, inəyi sahibi qorumalıdır, işıq idarəsi yox!. Kasıbçılıqdan əziyyət çəkən şikayətçi inəyin körpə balasının yetim qaldığına üzüldüyünü bildirir.

Ucar rayonu Qaziqumlaq kənd sakini Məhərrəmov Vəliyəddin Ağarəhim oğlu isə bir baş qoyununu yararsız elektirik dirəyi ucbatından itirib. Hadisə zamanı özü ölümün cəngindən möcüzə nəticəsində xilas olub. O da baş verənlərin günahını Ucar Elektirik Şəbəkəsinin rəisində axtarır... 

"Demokratik.Az"-a daxil olan məlumata görə, Şahmar İbrahimovun başı özünün fermer təsərrüfatına qarışıb, əsas işi yaddan çıxıb. Müdirin Ucarın Şahlıq kəndində böyük fermaları olduğu deyilir. Amma, öz mal-qarasını elektrik cərəyanı vurmur, kasıb adamları hədəf alır.

Rayon ərazisində qırıq elektrik naqillərini, vaxtı keçmiş dirəkləri, nasaz transformatorları və xoşagəlməz hadisələri nəzərə alsaq, idarədə korrupsiya əməllərinin ciddi araşdırlmasına da zərurət var. Yoxsa, Ucar Elektirik Şəbəkəsinin bunca laqeydliyi heç başadüşülən deyil.

Ümid edirik ki, "Azərişıq" rəhbərliyi yazılanlara reaksiya verəcək. Mal-qaralarını Şahmar İbrahimov kimilərin ucbatından elektrik cərəyanına qurban edən sakinlərin zərərinin ödənilməsi, belə hadisələrin bundan sonra qarşısının alınması müşahidə olunacaq. 



 


 

Oxşar xəbərlər