Demokratik TV
Xəbər lenti
Prezident: "Səhiyyədə çox ciddi dönüş yaranacaq"
- 02 mart 2019, 00:57

Bu sözləri prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı deyib:
"Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident Anons etdi: “Problemli kreditlər həll olunacaq“
Prezident icbari tibbi sığorta haqqında layihəni imzaladı
"Bizim siyasətimizin mərkəzində ..."-İlham Əliyev
“Biz bilməliyik ki, 2016-cı il asan olmayacaq” - Prezident
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
Səhiyyə sahəsinə 1,8 milyon manat ayrıldı
Prezident: “Korrupsioner və rüşvətxor məmurlar işdən çıxarılacaq”
"Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir" - İlham Əliyev
Səhiyyə Nazirliyi "GENERATOR OVU"na başladı - pul büdcədən silinir?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti