Xəbər lenti
Bütün xəbərlər

General-polkovnik vəhşicəsinə döyüldü - VİDEO

  • 28 fev 2019, 20:17
Rusiya ordusunun ehtiyatda olan general-polkovniki Aleksandr Bridnikov Moskvada vəhşicəsinə döyülüb. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Tərəflər arasında mübahisə parkində başlayıb. General-polkovnik ofisinin parkinqinə avtomobillə yaxınlaşarkən siqnal verib və darvaza yaxınlığında dayanan şəxslərdən birinə güzgüsü ilə toxunub. Daha sonra avtomobili saxlayarkən şəxslərdən biri ona yaxınlaşıb. Aleksandr Bridnikov qarşı tərəflə mübahisə edərkən ona zərbə endirilib. Rusiyalı general buna cavab verib və tərəflər arasında əlbəyaxa dava başlayıb. Daha sonra davaya üçüncü şəxs qoşulub.
Nəticədə vəhşicəsinə döyülən Aleksandr Bridnikov xəstəxanaya yerləşdirilib. Hadisə bağlı cinayət işi açılıb və tərəflərdən birinin Ukrayna vətəndaşı olması üzə çıxıb./faktxeber/

Oxşar xəbərlər