Mehman Hüseynov tezliklə azadlığa çıxır

  • 27 fev 2019, 21:18

Bloqer Mehman Hüseynovun həbs müddəti başa çatır.

Modern.az xəbər verir ki, M.Hüseynov martın 2-də azadlığa buraxıla bilər.

Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Dövlət ittihamçısı M.Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb edib, məhkəmə qısa məşvərətdən sonra onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Oxşar xəbərlər