İspan mediası Xocalı soyqırımından yazdı

  • 26 fev 2019, 16:49

Azərbaycanlı diaspora fəalının, Xocalı soyqırımın 27-ci il dönümü münasibəti ilə İspaniya cəmiyyətinə müraciəti bu ölkənin mətbuatında dərc edilib. İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) prezidenti, diaspora fəalı Fərid Mustafayev yaşadığı ölkənin mətbuatı vasitəsi ilə ispan cəmiyyətinə müraciət edib. "26 fevral 1992-ci ildə əsil soyqırım baş verib" başlığı ilə dərc olunan müraciətdə, İspaniya cəmiyyətinə Xocalı faciəsi haqqında geniş məlumat verilir.

Müraciətdə deyilir: "Mən bütün İspaniya cəmiyyətinə bildirmək istəyirəm ki, artıq 27 ildir ki, Azərbaycan, Ermənistanın işğalı altında olan torpaqlarını azad etməyə çalışır. Sizi də səfərlər etməyə, tanımağa çağırdığımız Azərbaycan, bu işğal problemin sülh yolu ilə həllinə çalışır."

Daha sonra müraciətdə, 1992-ci ildə Xocalıda törədilmiş soyqırım faktı haqqında geniş məlumat verilir. Bildirilir ki, bu qanlı cinayət aktı nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq olub. 1275 nəfər dinc sakin əsir götürülüb. 150 nəfərin taleyi haqqında hələ də məlumat yoxdur.

http://mugalari.info/opinion/26-febrero-1992-verdadero-genocidio/?fbclid=IwAR1c_FYoaOmNUxL8GsxPALmfmbSnT3DRlo2d0d8BbitNN-dztaJQeaXxAtk

Oxşar xəbərlər