Məşhur rejissor Stenli Donen vəfat etdi

  • 24 fev 2019, 16:26
Amerikalı rejissor, xoreoqraf Stenli Donen 94 yaşında vəfat edib.
Bu barədə rejissorun oğlu Mark Donen məlumat yayıb.
Donen 1952-ci ildə rejissorluq etdiyi "Singing in the Rain" muzikalı ilə məşhurlaşmışdı. Film 2006-cı ildə Amerika Film İnstitutu tərəfindən tarixin ən yaxşı film muzikalı seçilib.
Onun digər tanınmış filmləri "On the Town", "Seven Brides for Seven Brothers" və "Funny Face"dir.
Qeyd edək ki, Stenli Donen 1998-ci ildə Fəxri Oskar mükafatı ilə təltif edilmişdi.
Oxşar xəbərlər