Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!

  • 21 fev 2019, 20:35
Daxili İşlər Nazirliyi polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Nazirlikdən verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında - Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla - polis sahə rəisi, əməliyyat müvəkkili və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.
Cəmi 150 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 
Müsabiqə haqqında ətraflı məlumatı DİN-in sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.
Oxşar xəbərlər