Nazirliyin idarəsində ölüm hadisəsi oldu

  • 20 fev 2019, 09:44
Oğuz Meşə Mühafizəsi və Bərpası İdarəsində ölüm hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında İdarənin Daşağıl kəndindən olan 1964-cü il təvəllüdlü əməkdaşı Qədirov Nərman Fərman oğlunun vəziyyəti anidən pisləşib və o, keçinib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılsa da, 55 yaşlı N.Qədirovun ürək tutmasından artıq öldüyü məlum olub.
Fakta bağlı araşdırma aparılır.
Oxşar xəbərlər