Rəsulzadənin yeni barelyefi sabah yerinə asılacaq

  • 23 yan 2019, 19:02
Məhəmməd Əmin Rəsulzadənin evinin önündən sabah yeni barelyef asılacaq.
Bu barədə Modern.az-a Novxanı bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, hazırda bələdiyyə sədri Şahin Tağıyev məsələ ilə şəxsən məşğul olur:
"Artıq barelyef demək olar ki, hazırdır. Mərmərdən düzəldildiyi üçün tamamlanması bir qədər uzun çəkdi. Sədrimiz bu gün barelyefi hazır şəkildə əldə edəcək. Əgər heç bir problem çıxmasa, sabah barelyefin yerinə asılması gözlənilir. Hər halda ən geci yanvarın 25-də Rəsulzadənin yaşamış olduğu evin bayır divarında lövhəsi olacaq”.
Xatırladaq ki, yanvarın 15-nə keçən gecə yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb. 

Oxşar xəbərlər