Günəş tutulmalarının vaxtı açıqlandı

  • 02 yan 2019, 23:06

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Günəş tutulmalarının vaxtını açıqlayıb.

Rəsədxanadan bildirilib ki, bu il üç Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

Belə ki, ilk Günəş tutulması 6 yanvar 2019-cu ildə Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona yetəcək.

Növbəti Günəş tutulması 2 iyul 2019-cu il tarixində yerli vaxtla saat 20:55-də baş verəcək və 3 iyul 01:50-də sonlanacaq.

Sonuncu Günəş tutulması isə 26 dekabr 2019-cu ildə Bakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq. (Oxu.az)

Oxşar xəbərlər