Goranboyda 2 nəfəri elektrik cərəyanı vurub

  • 18 dek 2018, 15:25

Goranboy rayonunda elektrik cərəyanı vuran 2 nəfərdən 1-i ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasına elektrik cərəyanı vurması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər gətirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri xəstəxanada ölüb. Digər yaralının da vəziyyəti ağır olaraq qalır.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.

*** 

Goranboy rayonunda 2 nəfəri elektrik cərəyanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goran stansiyası ərazisində qeydə alınıb.

Hər iki şəxs hazırda xəstəxanaya yerləşdirilib. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər