Xəbər lenti
Bütün xəbərlər

Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı

  • 15 dek 2018, 11:01
Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb.
Demokratik.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Eynulla Fətullayev yayıb. Jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib.
Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.
Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıbıar.
Qeyd edək ki, bir neçə həftə öncə İspaniyada BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun sərxoş vəziyyətdə dava salması ilə bağlı qalmaqal yaşanmışdı.
Oxşar xəbərlər