Bakıda lüks butikdən oğurluq - VİDEO

  • 12 dek 2018, 20:32

Ötən gecə saatlarında paytaxtın Vaqif prospekti 105B ünvanında yerləşən lüks gəlinlik mağazalarından birində oğurluq hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a zərərçəkmiş şəxs məlumat verib.

Qarət zamanı mağazanın kassasındakı pullar oğurlanıb.

Bütün baş verənlər müşahidə kameralarında əks olunub. Bir neçə saniyə ərazində oğrular obyektin qapısını qırıb və kassadakı pulları götürməyə nail olublar.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırma aparılır.

Hadisədə iştirak edən şəxslərin üzü kameraya düşüb və onlar axtarışa verilib.

Oxşar xəbərlər